Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / ƏZİZ MUSA: “İftiradır və mən bunu yayanlarla məsələni hüquq müstəvisində aydınlaşdıracam” (ÖZƏL)

ƏZİZ MUSA: “İftiradır və mən bunu yayanlarla məsələni hüquq müstəvisində aydınlaşdıracam” (ÖZƏL)

 

Bu günlərdə “Space”in “Gündəlik” verilişində baş verənlər mediada və sosial şəbəkədə geniş müzakirələrə yol açıb. Qeyd edək ki, həmin verilişdə alim Əziz Musa ilə müğənni Mətanət Əsədovanın arasında ciddi qalmaqal yaşanıb. Bundan sonra, bəzi KİV-lər Əziz Musa barəsində müxtəlif məlumatlar yayıblar. Həmin məlumatlarda iddia edilir ki,  güya Əziz Musa  bir neçə il öncə, Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub. İddia edilir ki, o, öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir.

Bəzi saytlar isə Əziz Musanın saxta alim olduğu barədə iddialar irəli sürür.

Bütün deyilənlərlə bağlı Əziz Musanın münasibətini öyrəndik. O, Azinforum.az-a açıqlamasında bildirdi ki,  barəsində deyilənlər həqiqəti əks etdirmir: “Mən efirdəki hadisənin baş verməsindən təəssüflənirəm. Ancaq bir faktı deyim ki, həmin veriliş canlı yayıma getmirdi. Əxlaqsız bir hadisə baş veribsə, niyə həmin verilişi efirə verirdilər? İndi də mənim barəmdə olmazın iftiralarını uydururlar. Təbiidir ki, bütün bu çirkin piarın hardan qaynaqlanmasından xəbərdaram. Deyillər ki, güya mən kimisə zorlamışam. İftiradır və mən bunu yayanlarla məsələni hüquq müstəvisində aydınlaşdıracam. Bilirsiniz ki, zorlama konkret cinayət əməlidi. Belə əməl olubsa, niyə mən məsuliyyətə cəlb olunmamışam? Mən hazırda da, müəllim işləyirəm”.

Əziz Musa onun alimlik dərəcəsinə şübhə edənlərə də mesaj ünvanladı: “Utanmırlar, mənim alim olmağımı dırnaqda yazırlar. Alimin bəyəm buynuzu olmalıdır? Mən sizə elmi titulumu təsdiq edən sənədi də təqdim edirəm. Görün, vəziyyət nə yerə çatıb ki, mənim həyat yoldaşımın adından iftiralar yazırlar. Güya o deyib ki, Əziz  evdə də söyüş söyür. Mənim həyat yoldaşım heç vaxt kiməsə müsahibə verməyib. Özümə qarşı həyata keçirilən qara piara son qoyulmasını tələb edirəm”d1 d2

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın