Cümə , Oktyabr 22 2021
Ana səhifə / Aktual / “Əvvəl rüşvətlə bir sənədi 3 günə həll edirdin, indi isə o puldan da artıq tələb olunur və…” – Deputatdan yeni kadrlara etiraz

“Əvvəl rüşvətlə bir sənədi 3 günə həll edirdin, indi isə o puldan da artıq tələb olunur və…” – Deputatdan yeni kadrlara etiraz

“Müəyyən korrupsioner məmurları vəzifədən uzaqlaşdırılması, yerinə isə gənc və islahatçı kadrların təyin olunması Azərbaycan cəmiyyətinə ümid yaratmışdı”.

Bunu “Müsavat TV”nin efirinə deputat Fazil Mustafa deyib.

“Bizə gəncləşmə yox, yeniləşmə lazımdır. Yüksək vəzifəyə təyin olunan bəzi gənc kadrlar öz sahələrində özlərini doğrultmadılar. Sanki, öz sahələrində olan problemləri həll etmək yerinə, daha böyük problemlər yaratdılar. Əvvəl dövlət qurumlarında hər hansı formada rüşvət verərək bir sənədi 3 günə həll edirdin, indi isə o puldan da artıq tələb olunur, amma 3 aya həll olunur. Çünki mexanizm artıq daha çox ətalətə yönəlib”/Unikal..

Həmçinin oxuyun

Putin Zəngəzur dəhlizindən danışdı

Bakı və İrəvan Qarabağdakı qan tökülməsini dayandırmaqa bacarıblar, bir anlıq maraqlardan əl çəkiblər, indi isə …