Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Aktual / Ərdoğanın partiyası seçkilərin nəticələri ilə bağlı etiraz aksiyası keçirəcək

Ərdoğanın partiyası seçkilərin nəticələri ilə bağlı etiraz aksiyası keçirəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinin yekunları ilə bağlı İstanbulun 39 rayonunda etiraz aksiyası keçirəcək.

Trend-in məlumatına görə, AKP bu şəhərdə nəticələrin saxtalaşdırıldığını iddia edir.

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin dəyişməz qalacağını demişdi.

O bildirmişdi ki, nəticələrdən narazı qalanlar şikayət ərizəsi ilə müraciət edə bilərlər.

Xatırladaq ki, martin 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib.

İstanbul üzrə Xalq Respublika Partiyasının namizədi Ekram İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb.

Həmçinin oxuyun

Dilçilik İnstitutundakı qalmaqal haqda açıqlama: – “İdris Abbasovun dedikləri həqiqəti əks etdirmir”

15 apreldə Hurriyyet.org saytında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris …