Cümə , Sentyabr 21 2018
Ana səhifə / Aktual / Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı iyulun 10-da Bakıda birgünlük səfərdə olacaq.

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gələn R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi ziyarətidir.

Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləri arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Bu tədbirlərdən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək. Türkiyə prezidenti Lefkoşada Atatürk Xatirə Kompleksinə çələng qoyacaq. Şimali Kipt Türk Cümhurriyyətinin Prezidenti Mustafa Akıncı ilə təkbətək görüş və mətbuat konfransı keçiriləcək.

Həmçinin oxuyun

Bakı aeroportunda azyaşlı ağlayaraq Binəli Yıldırımı qucaqladı – VİDEO

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasına qatılmaq üçün Türkiyə Böyük …