Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / “Ərdoğanın adını çək, azad ol, yoxsa bir daha günəş üzü görə bilməzsən” – Zərrabın sensasion ifadəsi yayıldı

“Ərdoğanın adını çək, azad ol, yoxsa bir daha günəş üzü görə bilməzsən” – Zərrabın sensasion ifadəsi yayıldı

“Casusluq” istintaqı çərçivəsində Türkiyədəki bütün mal -mülkünə həbs qoyulan və ABŞ-da hazırda şahid kimi ifadə verməyə davam edən Rza Zərrab Amerikaya getməmişdən 1 ay əvvəl, daha dəqiqi, 11 fevral 2016-cı ildə şahid kimi prokurorluğa izahat veribmiş.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, FETÖ-cülərin 2013-cü ilin 17-25 dekabr (Həmin tarixdə Zərrabın nazirlərə rüşvət verdiyi haqda görüntülər və Ərdoğanın oğlu ilə danışıq səsləri yayılmışdı. Türkiyəni çaxalayan həmin tarixdə bütün diqqətlər Zərrabla Ərdoğan, oğlu və kürkəninə yönəldilmişdii- Mia.az) tarixlərində onunla vəkili vasitəsi ilə həbsxanada “bazarlıq” etdiyini etiraf edib.

Bildirib ki, hazırda FETÖ istintaqından yayınaraq qaçıb gizlənmiş vəkil Xəlil İbrahim Koca 17 dekabr 2013 hadisəsi zamanı onu həbsxanada ziyarət edib:

“O, Metris həbsxanasında yanıma gəlib dedi ki, indiki prezident Ərdoğanın əleyhinə ifadə ver, nazirlərə rüşvət verdiyini yaz, qarşılığında həbsdən çıx. Dedi, “sən bir daha günəş üzü görə bilməzsən. Sənin böyrəklərində problem var. Həbsxanada da müalicə ola bilməyəcəksən, sağlığını da itirərsən. Sən məni dinlə və “prokurorluğa əlavə ifadə vermək istəyirəm” de. Orada baş nazir Ərdoğanın adını ver, təlimatı ondan aldığını, onun hər şeydən məlumatı olduğunu söylə. Daha sonra “nazirlər məndən zorla rüşvət aldı”’ de. Bundan sonra səni ədliyyə nəzarəti ilə sərbəst buraxdırım. Bunları desən, prokuror Cəlal Kara ilə görüşüb, məsələni həll edəcəm”.  

Bundan başqa o, mənə dedi ki, “qorxma, onsuz da Ərdoğan və komandası yaxında gedəcəklər, sən özünü qutar. Səni başqa cür qurtara bilmərəm”. Hətta o, iddia etdi ki, bunun qarşılığında heç nə istəmir, bunu Vətəni üçün edir”.

Zərrab deyib ki, həbs olunan vaxtı da vəkil Xəlil İbrahim Koca polisə gələrək “sənin işinə baxan prokuror və polislər mənim qardaşlarımdır, arada qalmışam. Daha sənin vəkilliyini edə bilmərəm” deyib: “Ancaq o, evimdə aparılan axtarışda ordaydı..”.

Həmçinin oxuyun

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: “Bu, əfsanəvi əməliyyat idi”

“Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey …