Cümə , Aprel 19 2024
Ana səhifə / Ərdoğanı dinləyənlərə ömürlük həbs

Ərdoğanı dinləyənlərə ömürlük həbs

 erdTürkiyə rəhbərliyinin, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının gizlicə dinlənilməsini araşdıran Gölbaşı şəhər prokurorluğu ittiham edilən 28 nəfərə ömürlük həbs cəzası verilməsini tələb edib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyə rəhbərliyinin danışıqlarının gizlicə və qanunsuz dinlənilməsi faktları üzrə araşdırmalar yekunlaşıb və ittiham aktı Ankara prokurorluğunun təsdiqinə göndərilib.

“Hürriyet” qəzeti bundan əvvəl bildirmişdi ki, bu iş üzrə adı keçən və Gölbaşı prokuroluğu tərəfindən ömürlük həbs istənən 28 nəfər casusluqda, dövlətə xəyanətdə, şifrəli və adi telefon danışıqlarının qanunsuz dinləməkdə suçlanır. Elmi-Texnoloji Təhqiqat Şurasının (TUBİTAK) və Türkiyə Telekommunikasiya Departamentinin (TİB) keçmiş rəhbərləri də ittiham olunanlar arasındadır.

İttiham aktına görə, Türkiyə rəhbərliyinə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsinə dair 349 fakt artıq sübuta yetirilib. İş üzrə ən əsas zərərçəkən Ərdoğandır. Telefon danışığı dinlənilən şəxslər arasında Türkiyə kəşfiyyatının şefi Hakan Fidan da var.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın