Çərşənbə axşamı , Oktyabr 4 2022
Ana səhifə / Aktual / Ərdoğandan Şuşa səfəri ilə bağlı daha bir açıqlama

Ərdoğandan Şuşa səfəri ilə bağlı daha bir açıqlama

“NATO zirvəsindən sonra Azərbaycana səfər edəcəm”.

Bunu bu gün Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülh və rifahın təməlidir: “Azərbaycan Qarabağda tarixi bir zəfərə imza atıb, 30 illik işğala son qoyub. Bu zəfər bölgədə davamlı sülhün də əsasını qoyub”.

Ermənistanda daxili siyasi maraqlara görə bu sülhə xələl gətirilməsinin arzuedilməz olduğunu vurğulayan R. T. Ərdoğan keçən il 10 dekabrda Bakıda Zəfər paradını, Azərbaycanın haqlı uğurunu izlədiyini xatırladıb: “Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm. Qardaşım İlham Əliyevlə birlikdə Türk Dünyası üçün də tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. 16 iyunda isə qardaşım İlham Əliyevlə Bakıda Türkiyə millisinin oyununu izləyəcəm”./APA

Həmçinin oxuyun

Maşını cərimə meydançasına aparılan qazi rəisin evinə basqın etdi

Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparılan şəxs DYP Şöbəsi rəisinin evinə …