Cümə , Noyabr 22 2019
Ana səhifə / Aktual / Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı

Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 oktyabrdan Suriyanın şimal-şərqində aparılan “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan hərəkatın iki əsas məqsəd daşıdığını bildirib.

Onun sözlərinə görə, bunun birincisi, Suriyanın şimalının PKK/YPG terror qruplaşmalarından azad edilməsi, ikincisi isə, 8 ildir Türkiyədə yaşayan 3 milyon 650 min suriyalının öz torpaqlarına qayıdışını təmin etməkdir.

Türkiyə Prezidenti Qarabağ məsələsinə də toxunub: “Milli davalarımızda bir-birimizin yanında dayanmaq qardaşlığımızın təməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. 1 milyon qardaşımız qaçqın olaraq yaşamaq məcburiyyətində qalıb. Qarabağ münaqişəsinin ən qısa zaman ərzində sülh yolu ilə həll edilməsi üçün əlimizdən gələni edəcəyik”.

Həmçinin oxuyun

BDU ölən tələbə ilə bağlı başsağlığı verdi

Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib. …