Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Əmlak Komitəsi vətəndaşların qəbulunu davam etdirir – Aprel ayının qəbul cədvəli

Əmlak Komitəsi vətəndaşların qəbulunu davam etdirir – Aprel ayının qəbul cədvəli

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır.

Komitənin mətbuat xidmətinin məlumatına görə, bu məqsədlə qurumun yerli qurumlarının rəhbərləri regionlarda mütəmadi olaraq vətəndaş qəbulları keçirir. Belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Qəbula yazılmaq istəyən vətəndaşlar aprel ayının qəbul qrafiki və keçiriləcəyi ünvanlarla bağlı ətraflı məlumat əldə etmək üçün emdk.gov.az saytında “Qəbul qrafiki” bölməsinə daxil ola bilərlər.

Qeyd olunan keçiddən istifadə edərək “Qəbul qrafiki” cədvəli ilə tanış olmaq mümkündür: https://bit.ly/2u6rQjJ

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT