Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Əməkdar artistin oğlu məhəllə ərazisinin həyətində özünə bina tikdirir – Sakinlərdən ETİRAZ

Əməkdar artistin oğlu məhəllə ərazisinin həyətində özünə bina tikdirir – Sakinlərdən ETİRAZ

Redaksiyamıza Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsinda yaşayan bir qrup sakinin imzası olduğu müraciət daxil olub. Gununsesi.org xəbər verir ki, sakinlər iddia edirlər ki, Azərbaycan Respublikasının əməkdar artisti Kübra Əliyevanın oğlu Ayaz Bayramov Nərimanov Rayonu İcra Hakimiyyətində çalışan Hüseyn Cəfərov (təsərrüfat şöbəsinin müdiri), icra başçısının 1-ci müavini Şahmar İbadov və digər dəstəkçilərinə güvənərək adıçəkilən rayonun A.Heydərov küçəsində özünə məxsus olan dəmir qarajı sökərək sakinlərin ümumi istifadəsində olan məhəllədə 500 kv. metrlik 3 mərtəbəli bina tikdirir.
Fotolardan kənarları lövhələrlə bağlanan ərazidə tikinti işlərinin aparıldığı məlum olur.
Sakinlərin redaksiyamıza göndərdikləri sənəddən məlum olur ki, Bakı Şəhəri Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən aparılan araşdırmalarından sonra ümumi istifadədə olan torpaq sahələrinin çevrələrinin dəmir lövhələrlə qapadılmasının təsdiqləndiyi və müvafiq tədbirlər görülməsi xahiş edilir.
Sakinlər bizə müraciə edərək bildirirlər ki, bu qeyri-qanuni tikinti addımı bu yaxınlarda ölkə başçısı İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərəkən qəti şəkildə “Binaların həyətlərində evlərin, obyektlərin tikilməsi yolverilməzdir, əksinə, məhəllədə abadlıq işləri aparılmalıdır” tapşırığına da məhəl qoymamasına bir örnəkdir və onlar bu durumdan şikayətçidirlər. Sakinlərin iddiasına görə, yaşayış məhəlləsində körpələrin, yaşlıların asudə vaxtlarını səmərəli keçirməsi üçün yer qalmayıb. Bununla yanaşı, məhəllənin bütün ərazisi avto dayanacağa çevrilib.
Ərazidə yaşayan 30-dan artıq sakin Bakı Şəhəri İcra Hakimiyyətinə, Şəhərsalma Komitəsi, FHN və Nərimanov Rayon  İcra Hakimiyyətinə öz imzaları ilə müraciət ünvanlayıblar. Fotolar və sənədlərin nüsxələri:

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …