Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Əməkdar artistin həbsdən çıxan oğlu ilk dəfə efirdə – VİDEO

Əməkdar artistin həbsdən çıxan oğlu ilk dəfə efirdə – VİDEO

Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov, həbsdən çıxdıqdan sonra ilk dəfə ARB TV-nin efirində yayımlanan “Günə son” proqramına danışıb.

Sevincini gizlətməyən əməkdar artist, sözlərini bu cür ifadə edib:

“Axşam saat 7 olardı. Birdən yoldaşım dedi ki, deyəsən həyətdə Emildi, gəlir. Çaşıb qaldım. Yanvarın 12-si çıxmalıydı, dekabrın 14-ü gəldi. 1 ay tez buraxdılar”.

Daha sonra gənc müğənni azadlığa çıxdıqdan sonra fikirlərini ilk dəfə “Günə son” proqramına bölüşüb:

“1 ay qalmışdı çıxmağıma. Ədliyyə işçiləri sağolsun. Şəxsən Rauf müəllim sağolsun. Atamın sənətinə, incəsənətə hörmət edən insanlardı. O insan özü dedi ki, istəyirəm Rəhman müəllimə sürpriz edim. Heç nə demə, məhkəmənin qərarı ilə səni buraxıram. Axşam tərəfi də gəldim. Heç özüm də gözləmirdim”.

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …