Şənbə , Aprel 20 2024
Ana səhifə / Əməkdar artist borclarından danışdı: “Hər ay iki banka…”

Əməkdar artist borclarından danışdı: “Hər ay iki banka…”

Əməkdar artist Lalə Məmmədova borclarından danışıb. Lent.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən ifaçı bildirib ki, iki banka borcu var: “Mən iki övladıma görə həyatdayam. Bu dəqiqə oturub keçmiş xatirələrlə yaşasam, düzgün olmaz. Hazırda iki banka bəlli bir məbləğdə kredit var. Maşınım kreditdədir. Bəzən tədbirlərə qatılan zaman qaçıb maşınıma baxıblar ki, görək bu hansı avtomobillə gəlib. Amma bütün bunlar mənim üçün önəmsizdir”.
Əməkdar artist şou-biznesdən də danışıb: “Mən şou aləmini çirkə bənzədirəm. Bu günə qədər yadımdadır ki, Siyavuş Kəriminin yanına getmişdim, dedim ki, oxumaq istəyirəm. Mənə söylədi ki, bilirsiniz səhnə nəyə bənzəyir? Çirkə bənzəyir. Kimisinin kefi yaxşı olub deyib ki, mənim ləqəbim “Əjdaha”dır, “Pişik”dir. Mənim bir ləqəbim olub. “Qaraböcək”. Bu ləqəbi bacılarım mənə qoyub”.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın