Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Əliyevdən 4 milyonluq sərəncam

Əliyevdən 4 milyonluq sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Həmçinin oxuyun

“Laçın da işğaldan qurtulsun, mən artıq papağı başıma kişi kimi qoya bilərəm…”

1990-cı il Qanlı 20 Yanvar hadisəsi zamanı şəhid olan İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı …