Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Əliyev Paşinyanı “bağladı”” – Rusiyalı ekspert

“Əliyev Paşinyanı “bağladı”” – Rusiyalı ekspert

Sentyabrın 29-da “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində iştirak edən rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında baş tutan debata maraqlı şərh verib.

“ Azinforum.az ” xəbər verir ki, Korotçenko verilişə dair fikirlərini öz tvitter hesabında paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi “60 dəqiqə” verilişinin canlı yayımında idim. Əliyev Paşinyanı “bağladı” – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məktəbi bu deməkdir”,-deyə Korotçenko bildirib.

“Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?”,- deyə ekspert başqa bir paylaşımında qeyd edib.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …