Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Əliyev baş konsul və səfirləri geri çağırdı – Siyahı

Əliyev baş konsul və səfirləri geri çağırdı – Siyahı

Prezident İlham Əliyev baş konsul və səfirlərin geri çağırılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, eləcə də Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamlarına əsasən, Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən, eyni zamanda Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Vəzifəsindən geri çağırılanlar arasında Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri İbrahim Əsəd oğlu Hacıyev də var.

Həmçinin oxuyun

Prezident şəhid ailələri və qazilərlə bağlı daha bir sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi …