Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Əli Ömərovun Milli Şuranı dəstəkləməsinin pərdəarxası – biznes marağı….

Əli Ömərovun Milli Şuranı dəstəkləməsinin pərdəarxası – biznes marağı….

Sabiq YAP-çı baş prokuror Rüstəm İbrahimbəyova da təriflər yağdırdı; onu qəzəbləndirən nədir?
Keçmiş baş prokuror Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış edib. Facebook səhifəsində Əli Ömərov belə bir açıqlama yazıb: “Milli  Demokratik ölkələrdə söz və insan azadlığı normal bir haldır. Vətəndaşlar öz fikirlərini açıq-aydın bildirmək hüququna malikdirlər. Bu baxımdan da mən hər bir qanuni mitinqi, o cümlədən sentyabrın 23-ü keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm.
Bundan başqa, həmin gün mitinqin keçirilməsinə tam şərait yaradılmalıdır, mitinqə gələnlərin qarşısı alınmamalıdır və bununla da bütün dünya görməlidir ki, Azərbaycan sözdə deyil əməldə demokratik bir ölkədir\”.
Məsələni dəqiqləşdirmək üçün Əli Ömərovla əlaqə saxladıq. Sabiq baş prokuror “Yeni Müsavat”a bildirdi ki, açıqlamanı şəxsən özü yazıb və fikrilərində aydın olmayan nə isə yoxdur: “Milli Şuranın mitinqini dəstəkləməyimin səbəbini açıq və müfəssəl şəkildə facebook səhifəmdə göstərmişəm. Bir daha qeyd edirəm ki, qanuni şəkildə və kimliyindən asılı olmayaraq təşkil edilən mitinqləri dəstəkləyirəm və dəstəkləyəcəyəm. Belə ki, bütün demokratik ölkələrdə vətəndaşlar sərbəst toplaşmaq hüququna malikdir, qanuni mitinqlər etməyə, irad və təkliflərini bildirməyə hüquqları vardır. Belə şəxslərin qarşısı kəsilməməlidir, onlar sərbəst olaraq toplaşa bilməlidirlər. Bundan başqa, facebook səhifəmdə qeyd etmişəm ki, hakimiyyət qanuni mitinqlərin keçirilməsinə mane olmamalıdır və dövlətin demokratik prinsiplər əsasında fəaliyyət göstərməsini sözdə yox əməldə olduğunu bütün dünya görməlidir”.
Qeyd edək ki, Əli Ömərov 2014-cü ildən bir neçə gün öncəyə qədər YAP-ın üzvü idi. Bir neçə gün öncə o, YAP-dan istefa verib. İstefa ərizəsini sosial şəbəkədə yayıb.
Əli Ömərovun Milli Şuranın mitinqini dəstəkləməyində hakim partiyadan istefası, incik düşməsi rol oynayıbmı? YAP-dan istefanın əsas səbəbləri nədir?
Əli Ömərov bu suallardan birincisini cavablandırmadı, ikincisinə isə belə cavab verdi: “YAP-dan istefamın səbəbləri barədə də facebook səhifəsində paylaşdığı ərizədə hərtərəfli, geniş və müfəssəl şəkildə yazılıb”.
“Sizə istefa verməyin təklifini verən olubmu” sualına isə sabiq baş prokuror belə cavab verdi: “İstefa vermə barədə heç kim tərəfindən mənə təklif gəlməyib. Bundan başqa, siz mənim istefam ilə bağlı \”Yeni Müsavat\”ın 20 sentyabr tarixli sayında dərc elədiyiniz məqalənizdə qeyd etmisiniz ki, guya mən 2013-cü ildə müxalif mövqedən çıxış etmişəm və Rüstəm İbrahimbəyovun yaratdığı Ziyalılar Forumu ilə yaxınlaşmışam, onlar məğlub olduqdan sonra uzaqlaşmışam. Bildirirəm ki, bu tam yalan və cəfəngiyyatdır. Heydər Əliyev tərəfindən Azərbaycan xalqının fəxri adlandırılan Rüstəm İbrahimbəyova bu gün də mənim böyük hörmətim var və mən də onu Azərbaycan xalqının fəxri kimi tanıyıram. Həmin Ziyalılar Forumunda fəaliyyət göstərən insanların əksəriyyəti bu gün də mənim hörmət etdiyim insanlardır\”.
“Bundan sonra müxalifət və Milli Şuradan \”bizə qoşul\” təklifi gəlsə qəbul edəcəksinizmi\” sualını isə sabiq YAP-çı belə cavablandırdı: “Mən real siyasət tərəfdarıyam. Yəni Azərbaycan xalqının mənafeyinə, xoşbəxtliyinə xidmət edən, müstəqilliyimizə xələl gətirməyən istər iqtidar olsun istərsə də müxalifət olsun belə təkliflərə cavab verməyə hazıram”.
Uzun illər susqunluq nümayiş etdirən və bir neçə il öncə mediaya açıqlamalar verməyə başlayan Əli Ömərovun birdən-birə YAP-dan istefa verməsi heç bir halda təsadüfi hesab oluna, yaxud sabiq baş prokurorun səmimiyyəti kimi də görünə bilməz. Ömərov praqmatik adamdır və gəlir-çıxarlarını dəqiqliyi ilə bilən adamdır. Bəs indi onu müxalifətə cəlb edən səbəb nədir? Bu barədə kiçik bir dəqiqləşdirmə apardıq və bəlli oldu ki, Ə.Ömərovun bu çılğınlığı sırf fərdi biznes maraqlarından doğan hərəkətdir. Onun və ailə üzvlərinin biznes şəbəkəsini genişləndirmək istəkləri baş tutmayıb və səbəbdən də Ömərov hökumətdən bu yolla acıq çıxır.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …

Bir cavab yazın