Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / “Əli Kərimlidən başqa hamını dəvət etmişik” – Fəzail Ağamalı Pənah Hüseynin iddialarına cavab verdi

“Əli Kərimlidən başqa hamını dəvət etmişik” – Fəzail Ağamalı Pənah Hüseynin iddialarına cavab verdi

“Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm”.

Musavat.com xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda keçirilən tədbirə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları dəvət ediblər: “Onların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərdik. Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …