Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Əli Kərimli 2500 manat cərimə edildi, azadlığa buraxıldı

Əli Kərimli 2500 manat cərimə edildi, azadlığa buraxıldı

Milli Şuranın icazəsiz yürüşü ilə bağlı həbs edilən şəxslərdən 6 nəfər cərimələnərək azadlığa buraxılıb.

Azinforum.az-ın  məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilən AXCP sədri Əli Kərimli 2500 manat, “Kanal 13” internet televiziyasının əməkdaşı Nurlan Libre, bloger Fatimə Mövlamlı, AXCP üzvü Ramiz Cəfərov 500 manat, AXCP fəalları Sərdar Qubadsoy və Ramid Nağıyevi 400 manat cərimə ediliblər.

Onlar məhkəmə iclas zalından azadlığa buraxılıb.

Rəsmi məlumata görə, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarıicazəsiz yürüş-mitinqin qarşısı alıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə aparılıb. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …