Cümə , Aprel 23 2021
Ana səhifə / Aktual / Əli Həsənovun ailəsinə aid 6 şirkət ləğv olunur

Əli Həsənovun ailəsinə aid 6 şirkət ləğv olunur

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

Azinforum.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Həmçinin oxuyun

Oqtay Şirəliyevin yerinə müvəqqəti təyinat alan Teymur Musayev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən …