Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Aktual / Əli Həsənov Şahbazı “kəşfiyyata” necə göndərib? – “…bu işlə niyə “Qaçkınkom” məşğul olurdu?”

Əli Həsənov Şahbazı “kəşfiyyata” necə göndərib? – “…bu işlə niyə “Qaçkınkom” məşğul olurdu?”

Bu adamların dövlət tərəfindən hansısa kəşfiyyat əməliyyatına yönləndirilməsi özü-özlüyündə olduqca pis, aşağı keyfiyyədə bir hazırlıq olardı. Şahbaz Quliyevin açıqlamasında ziddiyyətli məqamlar var. Əgər bu adamlar həqiqətən də dövlət tərəfindən Kələbəcərə göndərilibsə, bu işlə niyə Qaçkınkom məşğul olurdu? Bu iş DTX, ya da Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə aiddir. Başqa qurumların belə işlərə vətəndaşları cəlb etmək səlahiyyəti yoxdur.

Azinforum.AZ xəbər verir ki, bu sözləri Axar.az-a Şahbaz Quliyevin sensasion açıqlamasını şərh edən təhlükəsizlik üzrə ekspert, DTX zabiti Ərəstun Oruclu deyib.

Ə.Oruclu qeyd edib ki, bu açıqlamanın arxasında siyasi maraqlar da dayana bilər:

“Ümid edirəm ki, bu açıqlamanın arxasında hansısa siyasi maraqlar dayanmır. Hərçənd ki, bunu istisna etmirəm. Şahbaz Quliyev xeyli müddətdir əsirlikdən gəlib. Amma o, bügünədək heç nə deməyib, indi isə qəfildən belə bir açıqlamalarla çıxış edir. Əvvəllər Şahbaz Quliyev başqa məqamlardan gileylənirdi. Və uzun müddət sonra birdən-birə belə açıqlama verir…”.

Həmçinin oxuyun

“AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil” – Etiraz

“AZAL pul qazanacaq deyə bütün əhali əziyyət çəkməli deyil”. Bunu Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Partiyasının …