Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Əli Əhmədovdan parlament seçkiləri ilə bağlı – Açıqlama

Əli Əhmədovdan parlament seçkiləri ilə bağlı – Açıqlama

“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP sədrinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ilin dekabrında ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək: 

“Konstitusiyada da göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir. Buna görə də, qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”. 

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …