Cümə , Noyabr 22 2019
Ana səhifə / Aktual / Əli Əhmədov icazəsiz aksiyaya reaksiya: “Heç dəyişməyiblər, dəyişmək də istəmirlər”

Əli Əhmədov icazəsiz aksiyaya reaksiya: “Heç dəyişməyiblər, dəyişmək də istəmirlər”

“Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”. 
Mia.az xəbər verir ki, bu sözləri Baş Nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində yazıb.
O bildirib ki, sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyir: “Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az. Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”.

Həmçinin oxuyun

BDU ölən tələbə ilə bağlı başsağlığı verdi

Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib. …