Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Əkrəm İmamoğlu təsdiqlədi: “SOCAR Türkiyə” şirkətinin keçmiş rəhbəri İstanbulun ikinci adamı olacaq

Əkrəm İmamoğlu təsdiqlədi: “SOCAR Türkiyə” şirkətinin keçmiş rəhbəri İstanbulun ikinci adamı olacaq

İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu TÜPRAŞ şirkətinin və “SOCAR Türkiyə”-nin keçmiş icraçı direktoru Yavuz Erkutun Böyük Şəhər Bələdiyyəsinin Baş katibi postuna təyinatını nəzərdən keçirdiyini təsdiqləyib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İmamoğlu Erkutun təyinatı üçün prosedurların başladığını açıqlayıb.
Bundan əvvəl İmamoğlu Yavuz Erkutu özünə müşavir təyin edib. Bələdiyyənin Baş katibi vəzifəsinə təyinat isə hökumətlə razılaşdırılmalıdır və bu vəzifəyə namizədlə bağlı təhlükəsizlik araşdırmaları aparılmalıdır.
İmamoğlu “Haber Global”a açıqlamasında deyib: “Mən seçki kampaniyası zamanı nə demişdim? Demişdim ki, bələdiyyədə dosta, qohuma vəzifə olmayacaq. Bu şəhərin çox qiymətli insanları var. Özlərini sübut etmiş insanlar. Məsələn, baş katib olaraq düşündüyümüz Yavuz Erkut bəy, təcrübəsi ən yüksək səviyyədə. Türkiyənin ən qiymətli qurumlarından birinə rəhbərlik edib. Həm orada, həm icraçı direktor kimi işlədiyi digər şirkətlərdə uğurlu fəaliyyət göstərib. Hazırda nazirliyin razılığının alınması, təhlükəsizlik araşdırması və digər proseduralar davam edir”.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …