Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Əhmədinejad İran hakimiyyətini sərt tənqid etdi və…

Əhmədinejad İran hakimiyyətini sərt tənqid etdi və…

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkəsində yanacağın qiymətinin artırılması səbəbilə müxtəlif şəhərlərdə keçirilən nümayişlərə dəstəyini ifadə edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Əhmədinejad etirazçılara amansız münasibət göstərən rəhbərliyi, o cümlədən prezident Həsən Ruhanini, məhkəmə sisteminin başçısı İbrahim Rəisini sərt tənqid edib.

O, Ruhaninin hakimiyyəti dövründə İranda yoxsulluq həddinin 10 dəfə artdığını bildirib: “Ölkəni nə hala saldınız? Danışanı boğursunuz, ağzına vurursunuz, susdurursunuz, alçaldırsınız, təhqir edirsiniz. Bu ölkə hər kəsindir. Siz (Ruhani və Rəisi) bu ölkənin sahibisiniz? Açıq şəkildə deyirəm: millət qətiyyən bu gedişatdan razı deyil. Xalq, digər orqanlar da qəbul etmir”.

Xatırladaq ki, noyabrın 15-də İranda benzinin bahalaşmasına qarşı etiraz aksiyaları başladı və 40 şəhəri əhatə etdi. İran hakimiyyəti noyabrın 16-da internetə girişi məhdudlaşdırdı və etirazlar zamanı altı təhlükəsizlik qüvvəsi əməkdaşının və bir nümayişçinin öldürüldüyünü, mindən çox adamın tutulduğunu bildirdi. Amnesty International beynəlxalq insan haqları təşkilatı isə İranın 21 şəhərində ən az 106 nəfərin öldüyünü bəyan edib.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …