Şənbə , Aprel 20 2024
Ana səhifə / ƏHMƏD ŞAHİDOV XƏDİCƏ İSMAYILA VARŞAVANI XATIRLATDI – ” MƏNƏ QARŞI ETDİYİ TƏRBİYƏSİZLİK…”

ƏHMƏD ŞAHİDOV XƏDİCƏ İSMAYILA VARŞAVANI XATIRLATDI – ” MƏNƏ QARŞI ETDİYİ TƏRBİYƏSİZLİK…”

“TÜRMƏDƏ OLANDA YAZMADIM…”

Azinforum.az xəbər verir ki, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov öz feysbuq səhifəsində maraqlı bir  foto paylaşıb. Fotodan görünür ki, Əhməd Şahidov hansısa beynəlxalq tədbirdə çıxış edir, həmin tədbirdə iştirak edən  jurnalist Xədicə İsmayıl isə, bir neçə nəfərlə birlikdə etiraz əlaməti olaraq, ona arxasını çevirib. Maraqlıdır ki, zamanında  həmin hadisəyə nə Əhməd Şahidov, nə də Xədicə İsmayıl geniş şərh vermədilər. Bir qədər sonra isə, Xədicə İsmayıl həbs edildi. Xanım jurnalistin azad edilməsindən sonra, Əhməd Şahidovun paylaşımındakı fikirlərdən hiss edilir ki, hüquq müdafiəçisi məlum hadisəni unutmayıb. Azinforum.az Əhməd Şahidovun bu xüsusda olan fikirlərini təqdim edir:

xed

 

 

“Necə gündür internetdə izləyirəm, bir çoxları jurnalist Xədicə İsmayılovanın azadlığa çıxmasını coşqu ilə qarşılayır və onunla çəkdirdikəri fotonu xatirə kimi paylaşırlar. Mən də Xədicə ilə fotomu paylaşır və onu xatırlayıram. Amma təəssüf ki, Xədicə İsmayılova Varşavada mənə qarşı etdiyi bu tərbiyəsizliyi ilə xatirimdə qalıb və qalacaq.
Azadlığa çıxandan sonra da analoji fəaliyyətini davam etdirəcəyi və Azərbaycan dövlətinə qarşı cəbhədə yer alacağı şübhə doğurmur.
P.S. Türmədə olanda yazmadım ki, bəziləri yalnış anlamasın”.

Xədicə İsmayılın da fikirlərinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın