Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / ƏHMƏD ƏHMƏZADƏ DƏ GEDƏNLƏRƏ QOŞULUR – İstefa ərizəsi yazdığı bildirilir

ƏHMƏD ƏHMƏZADƏ DƏ GEDƏNLƏRƏ QOŞULUR – İstefa ərizəsi yazdığı bildirilir

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə vəzifəsindən istefa verdiyinə dair ərizə yazıb. “AzPolitika.info”-ya sözügedən ASC-yə yaxın mənbədən daxil olan məlumatda belə deyilir.

Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhəmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur. Onun rəhbərlik etdiyi qurumun fəaliyyətilə də bağlı çoxsaylı şikayətlər və tənqidlər səsləndirilir. Onu da xatırladaq ki, Ə.Əhmədzadənin Zaqatala rayonunun icra başçısı vəzifəsini daşıyan qardaşı Mübariz Əhmədzadənin də 72 yaşı var…

Qeyd edək ki, 3 gün əvvəl ölkə başçısı pensiya yaşına çatmış və yaşı 70-i keçən məmurlara çağırış edərək, onların könüllü şəkildə istefa verməli olduqlarını bildirmişdi. Görünür, Ə.Əhmədzadə də Prezidentin bu çağırışına qoşulanların sırasına daxil olmaq qərarına gəlib.

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …