Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Əhməd Əhmədzadə Baba Rzayevin qardaşının şirkətinə 8.9 milyonluq iş verdi – ASC-də tender

Əhməd Əhmədzadə Baba Rzayevin qardaşının şirkətinə 8.9 milyonluq iş verdi – ASC-də tender

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Azinforum.az “Report”a istinadla xəbər verir ki, tenderin qalibi “Bakelektro” ASC-dir.

Qalib şirkətə 8,9 milyon manat ödəniləcək.

Xatırladaq ki, “Bakelektro” 1998-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Emin Hüseynağa oğlu Rzayevdir (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı).

Şirkət bir qədər əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi, Bakının Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə 4,3 milyon manatlıq açıq tenderin də qalibi olub.

Həmçinin oxuyun

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir. Reportyor.info xəbər …