Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Əhliman Əmiraslanovun oğlu bir milyon dollar borc götürüb

Əhliman Əmiraslanovun oğlu bir milyon dollar borc götürüb

Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.

“Qafqazinfo”nun məlumatına görə, A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları borcu ödəməli olduğunu bildirib.

Lakin Nəsimi Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.

Azər Əmiraslanovun adı bundan öncə də mətbuatda bir çox qalmaqallı işlərdə hallanıb.

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …