Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Əhəd Abıyev XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ – AÇIQLAMA

Əhəd Abıyev XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ – AÇIQLAMA

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Əhəd Abıyev Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub. Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Əhəd Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib:

“Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Həmçinin böyrəyimdə kriatinin miqdarı artmışdı. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır”.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …