Bazar , Fevral 17 2019
Ana səhifə / Aktual / Əhəd Abıyev avtomobil qəzasına düşüb

Əhəd Abıyev avtomobil qəzasına düşüb

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

“Report”un məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluya tapşırıq verdi

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş hadisə ətrafında vəziyyəti nəzarət altında …