Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Əhəd Abıyev əməliyyat olundu

Əhəd Abıyev əməliyyat olundu

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb.  ” Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub.

Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Ə. Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.

Məsələ ilə bağlı sayta açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib:

“Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır”.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …