Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / “Əgər Müşfiqin hətta az ehtimal olunan qalıqları varsa…”

“Əgər Müşfiqin hətta az ehtimal olunan qalıqları varsa…”

“Əgər  Mikayıl Müşfiqin hətta az ehtimal olunan qalığı varsa, o mütləq öyrənilməli, şairə məxsus olub-olmadığı dəqiqləşdirilməlidir. Bu bizim vəzifəmizdir”.

Bunu virtualaz.org-a açıqlamasında millət vəkili, akademik Nizami Cəfərov deyib.

Xatırladaq ki, məşhur azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov virtualaz.org-a açıqlamasında atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.

Saytımız bu qalıqların tədqiq edilməsi və Müşfiqə məxsuluğu DNK analizi ilə təsdiqlənərsə layiqli şəkildə dəfn edilməsi, şairin memorialının yaradılması üçün ictimai kampaniya başladıb. Artıq mədəniyyət naziri Əbülfəs Qarayev qalıqlarla  bütün məqamların yoxlanılması və müvafiq genetik ekspertiza – DNK analizi aparılması ilə bağlı sərəncam verib.

N. Cəfərov hesab edir ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Bu həm də  Müşfiqin bizim ədəbiyyatımıza, mədəniyyətimizə olan xidmətləri qarşısında, onun istedadı qarşısında olan borcumuzdur.

“Bu gün belə tədqiqat imkanlar var, həmin qalıqların həqiqətən də Müşfiqə aid olub-olmadığını dəqiq müəyyənləşdirmək olar. İlk olaraq tədqiqat aparılmalıdır. Mütəxəssislər müəyyənləşdirilməlidir, onlar antropoloji tədqiqat aparıb, təhlillər edib fikir söyləməlidirlər”, – deyə N. Cəfərov bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, bioloji tədqiqatdan sonra ehtiyac olarsa, ümumictimai komissiya da yaradıla bilər. Bu komissiya müəyyən detalları, məsələn, tarixi şəraiti və sairi araşdıra bilər.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …