Ana səhifə / Aktual / “Əgər bu sonradan qoyulan minadırsa, məsələ daha da ciddidir…”

“Əgər bu sonradan qoyulan minadırsa, məsələ daha da ciddidir…”

“Dəfələrlə minalanmış ərazilərimizin xəritəsini Ermənistdan tələb etmək üçün tələblər qoyulub. Xarici İşlər Nazirliyi bildirdi ki, bu məsələylə bağlı Avropa Məhkəməsinə müraciət ediblər”

Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. M.Əliyev bildirib ki, ola bilsin həmkarlarımızın düşdüyü mina sonradan basdırılıb:

“Dəfələrlə minalanmış ərazilərimizin xəritəsini Ermənistdan tələb etmək üçün tələblər qoyulub. Xarici İşlər Nazirliyi bildirdi ki, bu məsələylə bağlı Avropa Məhkəməsinə müraciət ediblər. Düşünürəm ki, Ermənistanda qarşıdan gələn parlament seçkilərində nə qədər çətinliklər olsa belə hakimiyyətdə Paşinyan qalsa, onda bu istiqamətdə proseslər gedə və vəziyyət dəyişə bilər. Amma hələki indiki vəziyyətdə hesab etmirəm ki, hansısa addımlar atıla bilər. Ona görə də buna zaman lazımdır. 

Burda sual yaranır ki, indi bu partlayan mina əvvəldən qoyulandı, yoxsa sonradan basdırılıb? 

Çünki bir neçə gün öncə Kəlbəcər ərazisində bir qrup erməni diversantın mina basdırmasını aşkar etdik. Onlardan bir qrupu da ordumuz tərəfindən zərərsizləşdirildi. Ona görə minanın nə vaxt basdırıldığını dəqiqləşdirmək lazımdır. Əslində indiki vəziyyətə baxanda biz  bilməliyik ki, ermənilər tərəfindən bu cür təxribatlar olacaq. Ona görə də sadəcə olaraq bunu nəzərə alıb təhlükəli istiqamətlər üzrə daha da intensiv təhlükəsizlik işləri aparmaq vacibdir. Çünki məndə şübhə var ki, bu mina sonradan yolda basdırılıb. Çünki jurnalistlərimizin getdiyi yol işlənilən yoldur. 

O demək deyil ki, jurnalistlərimiz o yerlərə getməməlidi və işləməməlidi. Əslində jurnalistlər döyüş gedən zaman da orda olurlar. Orda minaya düşən həbrçilər, jurnalistlər, mülki şəxslər də ola bilər. Ümumiyyətlə, bu hallar yaxşı deyil və müəyyən dərəcədə Azərbaycan tərəfinə təziq formasıdır. Məqsəd də odur ki, o zonalarda irəliləyiş olmasın. Buna hazır olmaq və tədbirlər görmək lazımdır. Əgər bu sonradan qoyulan minadırsa, məsələ daha da ciddidir. Biz də düşmənə buna görə cavab verməliyik”.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonu ərazisində çəkiliş aparan zaman AzTV-nin operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov minaya düşərək həlak olublar.

Həmçinin oxuyun

“Ermənilərin verdiyi mina xəritələri 20-30 faiz doğrudur” – RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyinin mühəndis işləri şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Hacıyev ATV kanalına müsahibəsində deyib ki, …