Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Əfv və amnistiya qərarları Azərbaycan-Avropa İttifaqı münasibətlərinə təsir göstərə bilər

Əfv və amnistiya qərarları Azərbaycan-Avropa İttifaqı münasibətlərinə təsir göstərə bilər

Arzu Nağıyev: “Hazırda Azərbaycanla Avropa İttifaqı arasında ciddi bir narazılıq yoxdur”

Ermənipərəst dairələrin bütün cəhdlərinə, qaralama kampaniyalarına baxmayaraq, Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığını pozmaq mümkün olmadı.  Bunu son günlərin statistikası, beynəlxalq qurumla rəsmi Bakı arasında artan təmaslar da təsdiqləyir.

Fevralın ilk ongünlüyündə məlum oldu ki, Brüsseldə keçirilən iclasda Avropa İttifaqı və Azərbaycan arasında Təhlükəsizlik və Enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunub. Rəsmi Bakı bildirdi ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib. Elə həmin iclasda qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Həmçinin Bakı-Tiflis-Qars dəmir yolu xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və Cənub Qaz Dəhlizi və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub. Ən başlıcası budur ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub. Xatırladaq ki, Azərbaycan prezidenti bu qurumla əməkdaşlığın davamı üçün başlıca şərt kimi Qarabağ məsələsində beynəlxalq hüquqa istinad edilməsini istəmişdi.

Bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşdən sonra da pozitiv məlumatlar yayıldı. XİN-dən bildirildi ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsi üzrə aparılan danışıqlara toxunulub.  Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar və  Bakıda fevralın 15-də “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının uğurla keçdiyini vurğulayıblar. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirilib.

Eyni zamanda münasibətlərin bir ara çox gərgin olduğu Avropa Parlamentində (AP) Azərbaycanın dostları qrupunun yaradılması da mühüm məsələdir. Belə bir qrupun yaradılması AP-ın erməni dostlarının  əlində oyuncağa çevrildiyini göstərir.

Bu günlərdə Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti dövlət başçısı ilə görüşüb, həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, hələlik Aİ ilə danişıqlar gedir və yekun nəticə mühümdür:“Bizimkiləri əsasən məsələnin iqtisadi tərəfi maraqlandırır. Avropa isə insan haqlarını da unutmamağa çağırır. Baxaq, tərəflər hansı nəticəyə gələcəklər. Əlbəttə, biz gecikirik. Amma bunlar bizim hökumətimizin siyasətidir. Deyir  ”insan haqları mənim daxili işimdir, qarışmayin, filan”. Qeyd edək ki, qarşıda əfv və amnistiya qərarlarının veriləcəyi gözləntiləri var. H.Hacızadə də hesab edir ki, bu istiqamətdə addım atılsa, münasibətlərin inkişafına təsiri olacaq: “Amma Avropa tələb edir ki, ümumiyyətlə, siyasi məhbuslar, jurnalistlər və s. təqib olunmasın”.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında ciddi bir narazılıq yoxdur: “Əgər bu münasibətlərə iqtisadi, siyasi, hərbi və mədəni prizmadan yanaşsaq görərik ki, bu gün Azərbaycanı Avropa İttifaqı enerji təhlükəsizliyinə təhdidin qarşısını ala bilən bir dövlət kimi qəbul edirlər, bundan başqa, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb loqistik layihələrdə mühüm bir oyunçudur, TAP və TANAP layihələri, bura təbii ki, Bakı-Tiflis-Qars, Bakı Beynəlxalq dəniz limanı da daxildir. Yəni Azərbaycan regionda mühüm bir tərəfdaşdır və Avropa İttifaqı da bunu qəbul edir. Mədəni əlaqələr də dinamik inkişaf edir, burada Azərbaycanın istər beynəlxalq forumlara ev sahibliyi etməsi, istər Avropa dəyərlərinin qorunub saxlanması ilə bağlı proqramlarda iştirakını da qeyd etmək olar”. Politoloqun fikrincə, münasibətlərdə əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı atılan addımlardır: “Təəssüf ki, əvvəllər olduğu qədər olmasa da, ikili standartlarla yanaşmalar hələ də mövcuddur. Bu, həm də o qrupda təmsil olunun Fransaya da aiddir. İnsan haqları ilə bağlı bəzi məqamların da beynəlxalq norma və prinsiplər üzrə həlli istiqamətində mühüm işlər aparılır və bu kimi problemlərin həlli də mümkün olduğu üçün böyük gərginliklərə səbəb olmur”.

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyindən karantin rejimi ilə bağlı əhaliyə – Xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. …