Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Əfv sərəncamı Hacı Məmmədovun adamına da tətbiq olundu – FOTO

Əfv sərəncamı Hacı Məmmədovun adamına da tətbiq olundu – FOTO

Kamil Sədrəddinov cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Qobustan qapalı tipli həbsxanasında əfv sərəncamı tətbiq olunanlar arasında Kamil Sədrəddinov da var.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.

K.Sədrəddinov cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Qeyd edək ki, K.Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.(report.az)A

image description

Həmçinin oxuyun

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi – Foto

Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün …