Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / ƏFQAN MUXTARLININ MÜDAFİƏ TAKTİKASINDAKI ZƏİF ARQUMENTLƏR: PASPORT, QABIRĞA VƏ …

ƏFQAN MUXTARLININ MÜDAFİƏ TAKTİKASINDAKI ZƏİF ARQUMENTLƏR: PASPORT, QABIRĞA VƏ …

Jurnalist Əfqan Muxtarlının həbsi ətrafında yaradılan ajiotaj davam edir. Biz bir həmkar kimi onun həbs edilməsindən dərin təəssüfləndiyimizi bildiririk və heç bir jurnalistin məhbəsdə qalmasını istəmirik. Ancaq həmkar olmağımız heç də əsas vermir ki, yaranmış vəziyyətə yalnız həmkar təəssübkeşliyi prizmasından yanaşaq. İstərdik ki, Əfqan Muxtarlının həbsi ilə bağlı cərəyan edən prosesləri niyə məhz yaradılan süni ajiotaj kimi qiymətləndirməyimizə aydınlıq gətirək. Əvvəla, Əfqan Muxtarlının bir jurnalist kimi mediadakı çəkisinə diqqət edək. Çoxlarının yaddaşında o, şəkilçəkən reportyor və ya Xədicə İsmayılın cangüdəni kimi qalıb. Onun yaradıcılığı ölkə mediasında elə də böyük iz buraxmayıb ki, yaranan səs-küyü həbsə salınan Muxtarlının mediada buraxdığı yaradıcılıq izinə adekvat sayaq. İstəsək də, istəməsək də, bu belədir. Doğrudur, Əfqan Muxtarlının yaxın ətrafı onu dahi bir jurnalist kimi xarakterizə edir və təbiidir ki, bu yanaşma kontekstində bizimlə razılaşmaya bilərlər. Sadə bir müqayisə aparaq. Bu yaxınlarda həbs edilən bloger Mehman Hüseynov jurnalist olmasa da, gördüyü işlər, yığdığı auditoiyayanın əhatə dairəsi və sayına görə Əfqan Muxtarlıdan 10 dəfə irəli getmişdi. Bu iki həbsə yerli müxalifətin, beynəlxalq qurumların, hətta bəzi dövlətlərin verdiyi reaksiyasını eyni saymaq olarmı? Təbii ki, yox! Əfqan Muxtarlı daha böyük səs-küylə müdafiə edilir.
Əgər hədəf azad sözün müdafiə olunmasıdırsa, onda bu ziddiyyətli təzad nədən meyadana çıxır? Demək, Əfqan Muxtarlı yalnız jurnalist fəaliyyətilə məşğul olmayıb ki, onu müdafiə edənlər üçün bu qədər qiymətli və əziz sayılır. Məsələnin bu yönünü araşdırmaq təbii ki, bizim yox, istintaqın işidir.
Həbs edələn jurnalistin müdafiəsində nümayiş olunan taktika ilə Azərbaycanın əlaqədar qurumlarının yaydığı bəyanatlar arasında da professionallıq və naşılıq aydın şəkildə özünü biruzə verir.
Gəlin, Əfqan Muxtarlının müdafiəçilərinin əsaslandığı arqumentlər və yaydıqları bəyanatların məğzinə diqqət edək. Onlar Əfqan Muxtarlının Gürcüstanda yaşayan ailəsindəki beynəlxalq pasportunu nümayiş etdirərək bildirirlər ki, onun şəxsiyyətini müəyyən edən və qanuni yolla sərhəddi keçə biləcəyi sənəd Tiflisdəki evindədirsə, Muxtarlı necə Azərbaycana getmək istəyə bilərdi?
Bu yanaşmanın özündə diletantlıq aydın hiss edilir.
Məgər, Azərbaycanın rəsmi qurumları iddia edir ki, Əfqan Muxtarlı iki ölkə arasındakı sərhəddən qanuni yolla keçmək üçün nəzərdə tutulan yerdə saxlanılıb? Xeyir, biz rəsmi qurumların belə bəyanatını görmədik. Gəlin, Əfqan Muxtarlının həbsi ilə bağlı iki rəsmi qurumun yaydığı bəyanatdan bir hissəyə diqqət edək.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğu jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı yaydığı birgə məlumatda deyilir:

“1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb”.
Göründüyü kimi, rəsmi qurumlar bildirir ki, jurnalist sərhədi nəzarət-buraxılış məntəqələrindən yox, qanunvericiliklə nəzərdə tutulmayan ərazidən keçməyə cəhd edib. Deməli, bu məsələdə onun Gürcüstanda qalan paspotu əsaslı arqument sayıla bilməz.
Diqqətimizi çəkən digər bir məqam isə Əfqan Muxtarlının vəkillərinin və başqa müdafiəçilərinin tutularkən onun qabırğasının sındırılmasını iddia etməsi oldu. Təbiidir ki, bu versiyanı əvvəlcədən inklar edə bilməzdik. Çünki yayılan rəsmi bəyanatda bildirilirdi ki, Əfqan Muxtarlı ilə onu tutan sərhədçilər arasında insident yaşanıb. Bu səbəbdən də, onun xəsarət ala biləcəyini mümükün saydıq. Ancaq Əfqan Muxtarılının məhkəməyə gətirən zaman nümayiş edilən kadrları seyr edəndən sonra, qabırğa söhbətinin də ağ yalan olduğu üzə çıxdı. Tibb mütəxəsisslərilə etdiyimiz söhbət zamanı bizə bildirdilər ki, qabırğaının sınması zamanı insanda dəhşətli arğılar yaranır, hətta həmin adamın nəfəs alıb- verməsi belə müşkülə çevrilir. Kadrlardan isə gördük ki, Əfqan Muxtarlı nəinki nəfəs almağı, hətta onu gətirən avtomobildən hoppanaraq düşməyi belə bacardı. 

 

                        (Əfqan Muxtarlının maşından necə düşməsi bu videoda)
Əfqan Muxtarlının müdafiəçilərin narazılıq bildirdiyi məqamlardan biri də, onun niyə tutularkən sərhəd zastavasına aparılması ilə bağlıdır. Hesab edirik ki, bu məsələdə də qanunvericiliyin tələbləri pozulmayıb. Çünki prosedura görə, sərhədi qanunsuz keçən şəxsi hansı tərəfin sərhədçiləri ilk yaxalayırsa onun barəsində təqdiqatı və kələcək hüquqi hərəkətləri də məhz həmin ölkənin müvafiq qurumları həyata keçirir. Bu baxımdan da, Əfqan Muxtarlının ilkin olaraq yaxındakı sərhəd zastavasına aparılması və sonrakı istintaq hərəkətlərinin məhz Dövlət Sərhəq Xidməti tərəfindən həyata keçirilməsində qeyri-adi nəsə yoxdur.
Əfqan Muxtarlının ölkənin aparıcı müxalifət partiyaları tərəfində həbs edilən digər jurnalistlərdən daha aktiv şəkildə müdafiə olunmasının başqa bir sirri isə yəqin ki, onun Müsavat başqanı Arif Hacılı ilə həmkəndli və yaxın qohum olması ilə bağlıdır.
Etdiyi cinayətin növündən asılı olmayaraq, qanunvericilik istənilən şəxsin müdafiə olunması üçün imkan verir. Düşünürük ki, Əfqan Muxtarlı da ən gözəl şəkildə müdafiə olunmağı haqq edir. Ancaq müdafiə elə savadlı şəkildə qurulmalıdır ki, həm təqsirləndirilən şəxs, həm də onun yaxınları pis və gülməli vəziyyətdə qalmasın…
Mahir MİRZƏYEV
Azinforum.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın