Amansız koronavirus daha bir həmkarımızı sıralarımızdan aldı. Jurnalist Rəşad Süleymanovun vəfatı məni son dərəcə kədərləndirdi. Mərhumun ailə üzvlərinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verirəm.
Rəşad istedadı, prinsipiallığı, bacarığı ilə seçilən həmkarlarımızdan idi. Vətən Müharibəsi müddətində necə çox çalışdığının şahidiyəm. Tez-tez zəng edib müxtəlif hərbi məsələlərlə bağlı onunla fikir mübadiləsi aparırdım. Sevinirdim ki, ölkəmizdə hərb sahəsini onun kimi bilən, eyni zamanda yüksək vətənpərvərliyi ilə seçilən jurnalistimiz var.
Və bü gün. Çox sarsıldım. Allah sənə rəhmət eləsin, Rəşad!
Əflatun Amaşov
Mətbuat Şurasının sədri //pravda.az//
