Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Ədalət Partiyasından “Haqq Ədalət” AÇIQLAMASI: – “Əli İnsanovun partiyasının adında…”

Ədalət Partiyasından “Haqq Ədalət” AÇIQLAMASI: – “Əli İnsanovun partiyasının adında…”

“Haqq Ədalət və Ədalət partiyalarının adlarının səslənməsində fərq var. Bu məsələdə tolerantıq”.

Bu sözləri Modern.az-a Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli söyləyib. O, sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı partiya ilə Ədalət Partiyasının ad eyniliyinə aydınlıq gətirib:

“İnsanlar yığışıb, yeni bir siyasi qurum yaradıblar. Kimliyindən asılı olmayaraq, yeni işlə başlayanlara uğurlar arzulamaq lazımdır. Bu baxımdan biz Ədalət Partiyası olaraq, yaradıcılara uğurlar arzulayırıq. Düşünmürəm ki, yeni partiyanın adında hər hansı plagiatlıqdan söhbət gedir. Çünki partiya ətrafında toplaşan sanballı insanları gördük.

Kimlərsə öz təşkilatının adında Ədalət sözündən istifadə edirsə, onları yalnız təqdir etmək olar”.

M.Rəhimli iki partiyanın əməkdaşlıq edib-etməyəcəyi haqqında sualı da cavablandırıb:

“Siyasət elə bir şeydir ki, birmənalı yox və ya hə cavabını vermək səhv ola bilər. Hər şey mümkündür. Ona görə, belə bir əməkdaşlığın olub-olmamasını zaman göstərə bilər. Biz Azərbaycandakı siyasi qüvvələrin əməkdaşlıq müstəvisində hərəkət etməsinin tərəfdarıyıq. Hesab edirik ki, uğurlu nəticələr əldə oluna bilər. Amma yeni yaradılan partiya ilə bizim aramızda nə baş verəcəyi haqqında konkret fikir söyləməkdə çətinlik çəkirəm”.

Qeyd edək ki, Əli İnsanov Haqq Ədalət Partiyasının Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçilib. Təşkilat Komitəsinin üzvləri 15 nəfərdir.

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …