Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Əcnəbi prezidentliyə namizədlərə Azərbaycan vətəndaşlarının maliyyə yardımı ayırması qanunidirmi?

Əcnəbi prezidentliyə namizədlərə Azərbaycan vətəndaşlarının maliyyə yardımı ayırması qanunidirmi?

Tahir Kərimli: “Kiminsə ABŞ-dakı namizədə pul buraxmasının doğru olub-olmamasına yalnız ABŞ qanunvericiliyi kontekstindən yanaşmaq olar”

“ABŞ-da namizədlərə ianə şəklində yardımların edilməsinə icazə verilir”

Təhqiqat jurnalistikası ilə tanınan “Mother Jones” məcmuəsi ABŞ-da prezident seçkisinə namizədliyini irəli sürmüş Donald Trampla bağlı maraqlı iddialar səsləndirib.
“Mother Jones” jurnalı son buraxılışında “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edib.
“Mother Jones” həftənin 7 günü, sutkanın 24 saatı operativ xəbərlər yayan qeyri-kommersiya online jurnalıdır. Ayda iki dəfə çap versiyası çıxır və 8 milyon tirajla satılır.
Jurnal yazır ki, Donald Tramp Azərbaycan vətandaşlarından biri ilə əməkdaşlıq edir. Hətta həmin azərbaycanlının namizədə maliyyə yardımı ayırdığı da qeyd edilir.
Donald Trampın adını daşıyan dəbdəbəli hotellər dünyanın bir çox şəhərlərində var.
Hansısa Azərbaycan vətəndaşının xarici ölkələrdə keçirilən prezident seçkilərində namizədlərdən birinin xeyrinə maliyyə ayırması qanunidirmi?
Azərbaycan Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli açıqlamasında bildirdi ki, bu məsələyə hüquqi aspektdən yanaşmaq lazımdır: “İstənilən ölkə daxilində baş verən proseslərə həmin dövlətin qanunvericiliyi prinsipindən yanaşırlar. Mətbuatda hansısa məlumatın yayılması həmin faktın təsdiqini tapması anlamına gələ bilməz. Yazılanlar sübut olunandan sonra məsələyə qanuni aspektdən qiymət verilir. ABŞ-da federativ qanunvericilik mövcuddur. Yəni fərqli ştatlarda fərqli qanunvericilik var. Prezident seçkilərilə bağlı isə vahid qanunvericilkdən istifadə olunur. Yəni kiminsə ABŞ-dakı namizədə pul buraxmasının doğru olub-olmamasına yalnız ABŞ qanunvericiliyi kontekstindən yanaşmaq olar. Həmin vətəndaş bununla bağlı öz ölkəsi qarşısında məsuliyyət daşımır. Təbidir ki, qazanılan pulların mənşəyinin araşdırılması hüququ istisna olmaq şərtilə. Məndə olan məlumata görə, ABŞ-da namizədlərə ianə şəklində yardımların edilməsinə icazə verilir. Yalnız müəyyən məbləğı aşmamaq şərtilə”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın