Bazar ertəsi , May 20 2019
Ana səhifə / Aktual / Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar hökumətə müraciət edilib – FOTOLAR

Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar hökumətə müraciət edilib – FOTOLAR

Bu gün “Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib. Klassik Xalq Cəbhəsinin qərargahında baş tutan toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Bununla bağlı komitə üzvü Əvəz Zeynallı musavat.com-a açıqlama verib: “Ötən həftələrdə keçirdiyimiz toplantılarda aldığımız qərarlar var idi. Həmin qərarlar üzərində fikir mübadiləsi aparıldı. Eyni zamanda Elçibəyin yubileyi ilə əlaqədar “Məhsul” stadionunda – açıq hava şəraitində kütləvi yubiley tədbir-mitinqinin keçirilməsi, təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev adına Respublika Sarayının ayrılması, həm də yazı müsabiqəsinin keçirilməsi, Elçibəyin silahdaşlarından ibarət bir toplantının təşkil edilməsi, onun Türkiyəyə göndərdiyi ilk 50 nəfərdən ibarət tədbirlərin keçirilməsindən söz açıldı. Bununla bağlı müəyyən qərarlar qəbul edildi, bir qismi isə açıq qaldı. Xüsusən də Elçibəylə bağlı yazı müsabiqəsinin keçirilməsi təklifi üzərində qaldıq, hələlik qərarlaşdırmadıq”.

Əvəz Zeynallı keçirilməsi planlaşdırılan tədbirlərdən də söz açıb: “Silsilə tədbirlərimiz olmalıdır. Hazırda Elçibəyin bütün əsərlərindən ibarət 1000 səhifəlik kitab çap mərhələsindədir. Həmin kitabın təqdimat mərasimini keçirməliyik. Elçibəyin şəkli olan döş nişanları, şəkillər və s. hazırlanmalıdır. Yəni, bu cür silsilə tədbirlərimiz çoxdur”.

Əvəz Zeynallı qeyd edib ki, Əbülfəz Elçibəyin yubileyi ilə əlaqədar təmtəraqlı mərasimin keçirilməsi üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilib.

 

 

Həmçinin oxuyun

Müəllim məsuliyyətsizliyi ucbatından dəhşətli qəza, şagird günlərdir komadadır – VİDEO, FOTO

Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov redaksiyamıza gələrək şikayətlənib. O, qeyd edib ki, …