Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / “Əbülfəz Elçibəy -80” yubiley tədbirləri ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb

“Əbülfəz Elçibəy -80” yubiley tədbirləri ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb

4 fevral 2018-ci il tarixində bir qrup ziyalı və tanınmış ictimai xadimin, Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına,  ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına etdiyi müraciətə cavab olaraq, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.

Musavat.com-a verilən məlumata görə, toplantıda Xalq Hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov o cümlədən, “Günaz Tv” nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai –siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və media mənsubları iştirak ediblər.

Toplantıda “Əbülfəz Elçibəy-80” yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimai Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı olmuş professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə sədrin müavini seçilib.

Bundan sonra toplantı İctimai Təşkilat Komitəsinin iclası kimi davam etdirilib. Qərara alınıb ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub, müraciət edən hər bir kəsin müraciətinə baxilsin. Təşkilat komitəsinin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbriləri ilə bağlı təkliflər səslənib, müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilib.

Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün işçi qrupunu yaradıb. Qərara alınıb ki, bundan sonra yığıncaqlar əsasən işçi qrupun üzvlərinin iştirakı ilə həftədə iki dəfə olmaqla keçirilsin.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …