Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Əbülfəz bəyin səksən illiyi yaxınlaşır deyə xalqın içində mənfi bir obraz yaratmaq istəyirlər”

“Əbülfəz bəyin səksən illiyi yaxınlaşır deyə xalqın içində mənfi bir obraz yaratmaq istəyirlər”

“Ağılsız köpəklər ulduzlara hürər”.
Bu sözləri Moderator.az -a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov son zamanlar Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəylə bağlı tənqidi fikirlərə münasibət bildirərkən deyib. İ.Həmidov bildirib ki, bu addımlar Əbülfəz bəyi gözdən salmaq üçündür:
“S.Vurğunun “Vaqif” pyesində belə bir deyim var: “Ağılsız köpəklər ulduzlara hürər”. Bu insan dünyasını dəyişib. Görün özünü kim kimə tay edir. Orda burda deyirlər ki, Əbülfəz bəy guya içki içirmiş. Boş-boş söhbətlərdi. Kimlərsə bunları danışdırır. Bu yaxında Əbülfəz bəyin səksən illiyi yaxınlaşır və ona görə də istəyirlər ki, xalqın içində mənfi bir obraz yaradalar. Milli Azadlıq Təşkilatının üzvü olan adamların bir çoxunun ünvanına belə ittihamlar irəli sürürlər. Bu fikirləri ilə çalışırlar özləri gündəmdə qalsınlar. Əbülfəz bəyin ən yaxın adamları biz olmuşuq. Yazıq nə vaxt içki içdi ki, biz onu görmədik. O, insan ömrünü millətə həsr edib”.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …