Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / ƏƏSMN-də daha bir təyinat – Aparat rəhbərinin yeznəsi direktor oldu

ƏƏSMN-də daha bir təyinat – Aparat rəhbərinin yeznəsi direktor oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında təyinat olub. 
İsmayıl İsrafilov Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin edilib.
Məlumatda bildirilir ki, İsmayıl İsrafilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.
Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə yaradılıb.
Müdiriyyətin fəaliyyətinə nəzarəti birbaşa Nazirlik həyata keçirir/modern.az

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …