Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərinin 39 rayonunda eyni vaxtda əməliyyat-axtarış tədbiri keçirib. 12 saat davam edən əməliyyatda 1650 polis iştirak edib. Nəticədə axtarışda olan 903 nəfər saxlanılıb. Onların arasında qatillər və digər ağır cinayətlərdə günahlandırılanlar da var. Həbs olunanlardan ikisi terrorçudur. Azvision.az
Ətraflı oxu »Yearly Archives: 2018
Doğulan uşaqların çoxu niyə oğlandır? – ARAŞDIRMA
Hər il dünyada doğulan körpələr arasında oğlanlar çoxluq təşkil edir. Görəsən, niyə? Əslində, statistik göstəricilərə əsasən, doğulan hər 105 oğlana orta hesabla 100 qız uşağı düşür. Bu tendensiya dünyanın bir çox yerlərində eynidır. Ancaq Çin və Hindistan kimi ölkələrdə bu fərq daha çoxdur, çünki həmin ölkələrdə oğlan uşağının doğulmasını istəyənlərin …
Ətraflı oxu »Türkiyəyə gedən turistlərdən vergi tutulacaq
Gələn ildən etibarən Türkiyəyə gələn xarici turistlərdən adambaşına 1,5 avro vergi tutulacaq. Türkiyə mətbuatı xəbər verir ki, əvvəlcə bu verginin 3 avro olması nəzərdə tutulsa da, sonradan bu məbləğ endirilib. TÜRSAB ( Türkiyə Agentliklər Birliyi) beynəlxalq sərnişinlərdən alınacaq 3 avroluq təhlükəsizlik vergisinin 1,5 avroya endiriləcəyini açıqlayıb. TÜRSAB’dən edilən şərhdə, Dövlət Hava Meydanları …
Ətraflı oxu »FETÖ-çü müəllim Azərbaycanda saxlanıldı
Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan türkiyəli müəllim Mehmet Gelen Azərbaycanda saxlanılıb. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb. Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib. (Azvision.az)
Ətraflı oxu »Uçqun altında qalan maşınını anbaan lentə aldı – VİDEO
Dağıstanda bir TIR sürücüsünün uçqundan qurtulduğu anlar anbaan kameralara düşüb. Sürücünün bir neçə saniyə öncə tərk etdiyi maşın qar kütləsinin altında qalıb. Dağıstanda magistralla hərəkətdə olan sürücü uçqunun yolu qapatmağa başladığını görüb və dayanıb. Qısa müddət sonra böyük bir kütlənin gəldiyini görən sürücü maşından uzaqlaşıb. Saniyələr sonra qar kütləsi TIR-ı görünməz …
Ətraflı oxu »“Dağlıq Qarabağla əlaqələriniz haqda raport yazın…”
Ukraynada Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Rusiya, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçı bölgələri ilə hər hansı əlaqələrinə dair raport yazmaq əmr edilib. Rusiya mənbələri xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bütün əməkdaşlara müvafiq anketi doldurmalarını və şəxsi əlaqələri barədə informasiyaları göstərməyi …
Ətraflı oxu »Bu il Qarabağ əlilləri və şəhid ailələrinə 626 mənzil təqdim olunub – FOTO
2018-ci ilin dekabrın sonuna mənzillə təmin edilmiş şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sayı 6,7 minə çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Təkcə bu il Qarabağ əlilləri və şəhid ailələrinə 626 mənzil təqdim olunub. Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, …
Ətraflı oxu »Sabah hava əsasən yağmursuz keçəcək – PROQNOZ
Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu yarımadada gecə 2-4°, gündüz 7-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti təşkil edəcək. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. …
Ətraflı oxu »Deputatlar Yeni ili harada qarşılayacaqlar?
Daha bir il tarixə qovuşur. 2018-ci ili arxada qoyub, 2019-cu ilə qədəm qoyuruq. Hər il olduğu kimi, bu il də dekabrın 31-i ölkəmizdə həm Yeni il bayramı, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunacaq. 31 dekabr gecəsində hər bir ailədə bayram süfrəsi açılacaq, təbriklər qəbul ediləcək. Bəs siyasilər, …
Ətraflı oxu »Hüquq müdafiəçisi Taleh Xasməmmədov həbs edilib
Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, faktla …
Ətraflı oxu »