Şənbə , Aprel 20 2024
Ana səhifə / 2018 / May (səhifə 5)

Monthly Archives: May 2018

Sabiq nazirin həbs edilən qohumu məhkəmədə ifadə verdi – güclü təsir edici dərmanlar satırmış

Bakıda qadağan olunmuş dərmanlar satmaqda ittiham edilərək həbs edilən şirkət rəhbərinin məhkəməsi başlayıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. İş üzrə daha iki nəfər- Xatirə İmaməliyeva və Aidə …

Ətraflı oxu »

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat – Sədr əmr verdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub. Azinforum.az xəbər verir ki, Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən APA-ya bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib. Q. Əbdüləliyev bundan …

Ətraflı oxu »

Bakıda yenicə doğulmuş körpə küçəyə atıldı – VİDEO

Paytaxt küçələrindən birində ürəkağrıdıcı olay yaşanıb. Azinforum.az A24.Az-a istinadən xəbər verir ki, şəhər sakinləri torbada yenicə doğulmuş qız uşağı tapıblar. Təcili tibbi yardım və polsiə xəbər verən Bakı sakinləri bu görüntülər qarşısında üzüntülərini gizlədə bilməyiblər. Körpənin ilkin doğum anındakı vəziyyətdə olması, üstünə əski parçası belə atılmadan sollefan torbada ölümə tərk edilməsi …

Ətraflı oxu »

Mənşəyi naməlum ətlərdən hazırlanan dönərlə bağlı ekspertlərdən növbəti XƏBƏRDARLIQ…

  Bir müddətdir ki, ekspertlər paytaxt Bakıda satılan keyfiyyətsiz dönərlərlə bağlı həyəcan təbili çalır. Ucuz toyuq və mal ətindən hazırlanan bu dönər ətləri heç bir sanitar-gigiyenik normalara uyğun hazırlanmır. Amma bütün bunlara baxmayaraq dəfələrlə mediada və telekanallarda ictimailəşdirilsə də ölkəni epidemiya kimi bürümüş dönər evləri müvafiq qurumlar tərəfindən nədənsə qapadılmır. …

Ətraflı oxu »

48 məktəbdən 500 şagird, 10-12 yaşlarında…

Kapital Bank Sumqayıt şəhərində 10-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi “Futbol və Sağlam Həyat” layihəsinin rəsmi tərəfdaşıdır. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 500-dən artıq şagird iştirak edir. Tədbirdə veteran futbolçular, ictimai xadimlər və digər rəsmi qonaqlar iştirak edirdi. Layihəni keçirməkdə əsas məqsəd, gənc …

Ətraflı oxu »

Saleh Bağırovun maşınına oğru girdi

Bakıda məşhur aparıcının avtomobilindən oğurluq edilib. “Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonu A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edilib və saxlanılıb. Araşdırmalarla …

Ətraflı oxu »

“Azərbaycan Cümhuriyyətinin yaradılması şərəf tariximizdir” – professor İlham Rəhimov

“Atam Almaniyada əsirlikdə olanda Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb” Hüquq professoru İlham Rəhimovla budəfəki görüşümüz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin bayram edildiyi günlərə təsadüf etdi. Dövlətimizin qurulmasını Azərbaycan xalqının böyük xoşbəxtliyi adlandıran professor söhbətə xalqa təbriklə başladı.  – 28 May Azərbaycan türkləri üçün çox böyük bayramdır. Hər millət öz …

Ətraflı oxu »

Məhkəmədən Eldar Mahmudovla bağlı qərar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şərlənərək 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq nazir, ehtiyatda olan general-polkovnik Eldar Mahmudov, MTN-nin Hərbi Tibb İdarəsinin rəisi, ixtisasca stomotoloq olan general-mayor Məzahir Yaqubov və MTN-nin baş istintaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzova qarşı mülki qaydada iddiası üzrə …

Ətraflı oxu »

Ramil Usubov tanınmış xanım idmançıya mükafat verdi

Daxili işlər naziri Ramil Usubov Sidney Olimpiadasının qızıl, Afina Olimpiadasının bürünc mükafatçısı, azərbaycanlı stend atıcı, eyni zamanda DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahəddinovanı ad günü münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, nazir Z. Meftahəddinova ilə görüşdə Azərbaycan bayrağını mötəbər beynəlxalq arenalarda dalğalandıran dünya şöhrətli idmançının həm də …

Ətraflı oxu »