24 İyun 2017, Şənbə

Xameneyi Trampı hədələdi:“Heç bir qələt edə bilməyəcək”

12:48 | 19.06.2017
448 dəfə oxundu

“Amerika prezidentinin cəfəngiyyat söyləməsi yeni bir məsələ deyil. İslami quruluş elə əvvəldən müxtəlif fitnələrlə üzləşibdir. Amma İran xalqının bədxahları heç bir qələt eləyə bilməyiblər”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi sərhədçilərlə görüşündə deyib.

Ayətullah Xameneyi Ağ Evin yeni başçısını “təcrübəsiz və naşı”lıqda ittiham edərək amerikalı rəsmilərin açıqlamalarını cəfəngiyyat adlandırıb: “Amerikanın dövlət İran xalqına şillə vura bilməyəcəklər, əksinə İran xalqı onları şillələyəcək”.