Türkiyədə növbəti terror – polis idarəsinə silahlı hücum olub, ölən var – YENİLƏNİB (FOTO – VİDEO)

17:26 | 10.01.2017
414 dəfə oxundu

Qaziantepdə Polis İdarəsinə hücum edən terrorçu məhv edilib.
APA-nın yerli mətbuata əsasən verdiyi xəbərə görə, 3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb.
Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb və hazırda davam edir.
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.