Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Zaurdan efirdə BİABIRÇI SƏHV – VİDEO

Zaurdan efirdə BİABIRÇI SƏHV – VİDEO

Əməkdar mədəniyyət işçisi, aparıcı Zaur Baxşəliyev canlı efir zamanı kobud səhvə yol verib.

Azinforum.az-ın məlumatına görə, Z. Baxşəliyev aparıcısı olduğu “BizimləSən” verilişində bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda qaraciyər transplantasiyasının mümkün olmaması barədə yalan məlumat verib.

O, Azərbaycanda qaraciyər və ürək transplantasiyasının mümkün olmadığı üçün çox təəssüfləndiyini qeyd edib:

“Mən çox təəssüf edirəm ki, bu gün qaraciyərin, ürəyin köçürülməsi ilə bağlı ümidimizi xaricdə axtarırıq. İnşallah əminəm ki, elə bir gün gələcək ki, necə ki, böyrək transplantologiyası üçün heç yerə getmirik, Azərbaycandayıq, Respublika Diaqnostika Mərkəzindəyik, eyni zamanda, qaraciyərlərdə, ürəklərdə də getməyəcəyik. İnanın buna, bu müddət çox azdır. Hamı Azərbaycanda qalacaq. Bu, həm büdcə, həm maliyə baxımından çox önəmli rəqəmlərdir, biləsiniz. 125 min dollar hardasa 200 min manatadək pul edir. Bunlar niyə xaricə getməlidir ki… Qoy elə Azərbaycan da qalsın da, deyilmi? Ən azından məbləğlər aşağı olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanda qaraciyər transplantasiyası illərdir həyata keçirilir. Statistika Komitəsinin məlumatına görə, təkcə son beş ildə Azərbaycanda ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …