Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Tibb / Xərçəng hüceyrələrinin böyüməsinin qarşısı alina bilər- Yeni üsul aşkarlanıb

Xərçəng hüceyrələrinin böyüməsinin qarşısı alina bilər- Yeni üsul aşkarlanıb

Moskva Dövlət Universitetinin alimləri xərçəng hüceyrələrini “ac qoymaqla” onları yaşadan protein (zülal) istehsalına mane olaraq böyümələrinin qarşısını alıblar.

Azərtac “sputniknews.com” saytına istinadla xəbər verir ki, xərçəng hüceyrələrinin özəlliyi ondan ibarətdir ki, onlar çox miqdarda qida və oksigen qəbul edirlər. Bu isə onların nəzarətsiz şəkildə böyüyüb yayılmasına şərait yaradır. Alimlər son illərdə xərçəng hüceyrələrinin “iştahasını öldürməklə” xəstəliklə mübarizədə həm immun sisteminin, həm də müxtəlif kimyaterapiya və immunoterapiyanın tətbiqinin daha faydalı nəticə verdiyini aşkar ediblər.

Tədqiqatçılar uzun illər ərzində hüceyrəvi aclığın xərçəngə təsirini araşdırıb və siqnal molekulları, müxtəlif gen terapiyalarının köməyi ilə müsbət nəticə əldə etməyə çalışıblar. Bunun üçün tədqiqatçılar iki cür “ölümsüz” xərçəng hüceyrələrini qidalanmadan məhrum ediblər. Daha sonra kimyaterapiya vasitəsilə immun sistemində müdafiə ilə əlaqəli genlərin fəallığındakı dəyişiklikləri izləyiblər.

Son nəticədə alimlər xərçəng hüceyrələrini “ac qoymaqla” təsiri nəzərəçarpacaq dərəcədə azalan DNT-nin bir neçə bölgəsi ilə əlaqəli zülalları müəyyən etməyə nail olublar.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda 3 əczaçılıq şirkəti birləşib

Azərbaycanda əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med” MMC-yə …