Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Tibb / ÜST: Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayı artır

ÜST: Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayı artır

Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayında artım müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.

Sənəddə bildirilib ki, alimlərin 2000-ci ildən bəri apardığı araşdırma nəticəsində qeysəriyyə üsulu ilə övlad dünyaya gətirənlərin sayının artdığı məlum olub. Belə ki, 2000-ci ildə belə doğuşların sayı 12,1 faiz (16 milyon) idisə, 2015-ci ildə bu göstərici 21,1 faizə (29,7 milyon) qədər artıb.

Alimlər qeydə alınan doğuşların yalnız 10-15 faizində qeysəriyyə əməliyyatının qaçılmaz olduğunu vurğulayıblar.

VIPedu.BIZ

Həmçinin oxuyun

Gec yeməyin fəsadı: Ölümə aparan 2 təhlükə

Gec yeməyin fəsadı təkcə artıq çəki deyil, həm də ürəkdə yaranan problemlərdir.  Belə ki, Kolumbiya …